"Electronics.az" internet mağazamızda siz kompüterinizdən və ya telefonunuzdan aralanmadan evinizə və ofisinizə lazım olan avadanlıqları asanlıqla əldə edə bilərsiniz! Bu, lazımi avadanlıq axtarışında şəhər ətrafında uzun səfərlərdən daha vacib və faydalı bir şeyə vaxt sərf etməyə üstünlük verənlər üçün əla həlldir. Biz yalnız sertifikatlaşdırılmış, servis mərkəzlərində zəmanətli xidmət imkanı olan məhsullar təklif edirik.
Ev və ofis avadanlıqlarını nə üçün Electronics.az-dan almağa dəyər?
Bakı daxili rahat pulsuz çatdırılma . Sifarişinizi kuryer çatdırılma xidmətindən istifadə etməklə Azərbaycanın digər bölgələrinə də çatdıracağıq. Mağazamızdan avadanlıq alarkən, zəmanətdən istifadə edə bilmək üçün mütləq satış qəbzi və məhsulun modeli, seriya nömrəsi göstərilməklə doldurulmuş zəmanət kartı alacaqsınız. Burada istənilən məhsul üçün kredit əldə edə bilərsiniz. Bu, xəyal etdiyiniz alışı etmək üçün əla şansdır!
“Electronics.az” internet mağazasında avadanlığı necə sifariş etmək olar?
Sifariş vermək üçün sadəcə istədiyiniz məhsulları seçib səbətinizə əlavə etmək kifayətdir. Sonra sadəcə sifariş formasını doldurmalı və alış-verişin çatdırılmasını gözləməlisiniz. Sizi Electronics.az-da gözləyirik! Alış-verişdən həzz alın!
Sual - Cavab
1. Kreditlə elektronika almaq olar?
“Electronics.az” internet mağazamızda siz bütün avadanlıqları kreditlə əldə edə, kredit şərtləri haqqında ətraflı məlumatı “Kredit və taksitlə” səhifəsindən öyrənə bilərsiniz.
2. Siz bazar günləri çalışırsız?
Biz bazar günündən başqa hər gün saat 10.00 dan - 19.00 qədər çalışırıq.
3. Satdığınız mala zəmanət verirsizmi?
Onlayn mağazamızda olan bütün elektronika məhsullarına məhsulun növündən və modelindən asılı olaraq 14 gündən 3 ilə qədər müddətə rəsmi zəmanət verilir.
4. Daimi müştəri olsam endirim əldə edə bilərəmmi?
Onlayn mağazamızda avadanlıqları pərakəndə, topdan və ya korporativ almaq olar. Daimi müştərilərimizə xüsusi endirimlər edirik. Menecerlərimizlə əlaqə saxlayaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz.
5. Sizdən cihaz almışamsa xarab olarsa nə etməliyəm?
Əgər alınan əşyada zavod problemi varsa, o zaman alınan əşya dərhal yenisi ilə əvəz olunur. Əgər mal stokda yoxdursa, məbləğ geri qaytarılacaq. Malın qaytarılması haqqında ətraflı məlumat üçün "Malların dəyişdirilməsi və qaytarılması" səhifəsinə daxil olun.